Fars əlifbası 1

Dərs September 7, 2021

Fars dilində yazı üçün Ərəb əlifbasından istifadə edilir. Lakin Fars dilində olub, amma Ərəb dilində olmayan bir necə hərf də Ərəb əlifabsına dəyişiklik edərək istifadə üçün uyğunlaşdırılmışdır. Həmin bu hərflər “j”, “p” və “ç” hərfləridir. Əvvəlki yazıda da qeyd edildiyi kimi, Fars dilində olan bütün səslər Azərbaycan dilində də var, lakin Azərbaycan dilində olan “ö”, “ü”, “ı” səsləri fars dilində yoxdur.
Ərəb əlifbasında bəzi hərflər özünə həm sağdan, həm də soldan hərflər birləşməsinə imkan verir, bəzi hərflər isə özündən sonra hərf yazmağa icazə vermir. Buna uyğun olaraq, hərflərin başda, sonda, ortada və tənha yazılış formaları var. Aşağıdakı cədvəldə hərflərin yazılış şəkilləri və onların Fars dilində ifadə etdiyi səslər verilmişdir:

Hərfin adıHərflərin yazılışıİfadə etdiyi səs
TənhaBaşdaOrtadaSonda
Əlifآ və ya اـاə, a
beببــبــبb
peپپــپــپp
teتتــتــتt
seثثــثــثs
cimججــجــجc
çeچچــچــچç
haححــحــحh
xeخخــخــخx
dalدـدd
zalذـذz
reرـرr
zeزـزz
jeژـژj
sinسســســسs
şinششــشــشş
sadصصــصــصs
zadضضــضــضz
taططــطــطt
zaظظــظــظt
əynععــعــعə, e, o
ğəynغغــغــغğ
feففــفــفf
qafققــقــقq, ğ
kafککــکــکk, k’
gafگگــگــگg, q
lamللــلــلl
mimممــمــمm
nunننــنــنn
vavوــوu, v
heههــهــهh, e
yeییــیــیy, i

Bu dərsdə əlifba haqqında ən ümumi məlumatlar verildi. Bu əlifbanı necə istifadə etməyi isə növbəti dərsdə oxuya bilərsiniz: Farsca sözlərin oxunması